ABŞ Nigerdəki ordusunu yaxın həftələrdə çıxaracaq

ABŞ Nigerdəki ordusunu yaxın həftələrdə çıxaracaq
  25 İyun 2024    Oxunub:1004
ABŞ Müdafiə Nazirliyi yaxın həftələrdə Niameydəki 101 saylı hərbi hava bazasından qoşunlarını çıxaracaq.
Bu barədə ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli məlumat verib. “Biz qrafikə əməl edirik, 101 saylı aviabazadan ağır texnikanı çıxarırıq, sonra isə 201 saylı aviabazada əməliyyatı tamamlayacayıq. 101 saylı aviabazadan bir neçə həftə sonra çıxacağıq. ABŞ qüvvələrinin aviabazadan çıxarılması Rusiyadan olan hərbi təlimatçıların iştirakı ilə baş verir. Onların niyyəti nədir, bilmirəm", - general qeyd edib.

O, həmçinin bildirib ki, Rusiyanın Afrikadakı fəaliyyəti səbəbindən Qərb ölkələri ilə qitə dövlətləri arasında münasibətlərdə fikir ayrılıqları yaranıb.

AzVision.az


Teqlər:





Xəbər lenti