Dağıstanlılar bu il Qurban bayramı qeyd etməyəcəklər

Dağıstanlılar bu il Qurban bayramı qeyd etməyəcəklər
  25 İyun 2024    Oxunub:730
Həştərxan hakimiyyəti Dağıstan və Sevastopolda baş verən terror aktları səbəbindən Qurban bayramına bağlı mədəni-əyləncə tədbirlərini ləğv etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.

“Sevastopol, Dərbənd, Mahaçqala şəhərlərində baş vermiş faciəli hadisələrlə əlaqədar iyunun 27-də elan edilmiş Qurban bayramının qeyd edilməsi ilə bağlı əvvəlcədən planlaşdırılmış mədəni-əyləncə tədbirinin ləğvi barədə qərar qəbul edilib. ”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, iyunun 23-də Ukrayna kaset başlıqlı ATACMS taktiki raketləri ilə Sevastopola hücum edib. Rusiyanın yaydığı məlumata görə, dörd raket vurulub, beşinci raket isə şəhərdə partlayıb. Sevastopol qubernatoru Mixail Razvojayevin sözlərinə görə, hücum nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həlak olub. 150-dən çox insan yaralanıb. Elə həmin gün Dərbənd və Mahaçqalada bir qrup terrorçu iki pravoslav kilsəsinə və iki sinaqoqa hücum edib. Xeyli sayda insan həlak olub. Ölənlər və yaralananlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı mülki şəxslər də var. Antiterror əməliyyatlarından sonra Milli Antiterror Komitəsi beş yaraqlının zərərsizləşdirildiyini bəyan etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti