"Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi almışıq" -Qriqoryan

"Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi almışıq"   -Qriqoryan
  26 İyun 2024    Oxunub:841
"Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb".
Bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi, həmçinin, rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana verdiyini bildirib.
AzVision.az


Teqlər:





Xəbər lenti