Ceyhun Bayramov: "Sabitlik üçün yeni imkanlar yaranıb"

      Ceyhun Bayramov:    "Sabitlik üçün yeni imkanlar yaranıb"
  09 İyul 2024    Oxunub:996
Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanlar yaranıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Yaranmış bu tarixi şəraitdə ölkəmizin hər zaman olduğu kimi dialoq və sülh tərəfdarı qismində çıxış etdiyi, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtının gəlib çatdığı qeyd edilib.

Nazir hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən qlobal qeyri-stabilliyin fonunda Azərbaycanın baxışının çağırışlara qarşı mübarizədə möhkəm əməkdaşlığın gücləndirilməsi olduğunu və bu baxışın irəlilədilməsinin xarici siyasətimizin yeni proaktiv roluna dəlalət etdiyini bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti