Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 38 % artıb

Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 38 % artıb
  13 İyul 2024    Oxunub:852
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan hava nəqliyyatı ilə 1 milyon 490 min 112 nəfər sərnişin daşınıb.
Dövlət Turizm Agentliyinin hesabatında göstərilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 % çoxdur. Hesabat dövründə ən çox sərnişin 412 min 014 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 28,7 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (377 min 083 nəfər sərnişin, +23,6 %) və Birləşmiş Ərəb Əmirlikləri (198 min 774 sərnişin, +48,9 %) izləyib.

Təkcə iyunda isə Azərbaycandan 297 min 361 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 36,6 % çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 32,9 % artaraq 77 min 901 nəfər olub.

AzVision.az


Teqlər:





Xəbər lenti