Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək

   Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək
  05 Avqust 2024    Oxunub:1259
Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.
AzVision.az “Report”-istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat verir.

Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.

Xatırladaq ki, Xankəndi, Ağdərə və Xocalı Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın 19-da başlatdığı antiterror tədbirlərindən sonra nəzarətə götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti