Məzahir Pənahov: "Bu, ərazi bütövlüyünün bərpasından sonra ilk parlament seçkiləridir"

      Məzahir Pənahov:    "Bu, ərazi bütövlüyünün bərpasından sonra ilk parlament seçkiləridir"
  08 Avqust 2024    Oxunub:1040
"Sentyabrda keçiriləcək parlament seçkilərini də "Zəfər seçkiləri" adlandıra bilərik".
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

Sədr bildirib ki, işğaldan azad olunuş ərazilər də daxil olmaqla, seçkilər üçün ümumilikdə 5113 məntəqə müəyyənləşdirilib. Onlardan 1854-ü qapalı, 3259-u açıq məkanlardır.

AzVision.az


Teqlər: MSK   seçkilər  





Xəbər lenti