Livanda ölənlərin sayı 25-ə çatıb

Livanda ölənlərin sayı 25-ə çatıb
  19 Sentyabr 2024    Oxunub:407
Livanda sentyabrın 18-də baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Bu barədə ölkənin səhiyyə naziri Firas Abyad məlumat yayıb. Nazirin sözlərinə görə, yaralananların sayı 608 nəfər də artıb.
Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub.

AzVision.az




Teqlər:





Xəbər lenti