Şin-Bet: "İran İsrail vətəndaşını sui-qəsdə cəlb edib" - FOTO - YENİLƏNİB

         Şin-Bet:       "İran İsrail vətəndaşını sui-qəsdə cəlb edib" -  FOTO - YENİLƏNİB
  19 Sentyabr 2024    Oxunub:1353
İsrailin ali hökumət nümayəndələrinə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin adı açıqlanıb.
Yerli mətbuatın məlumatına əsasən, həmin şəxs 73 yaşlı İsrail vətəndaşı Moti Mamandır.

* * *

12:57
"İsrailin Baş nazirinə, müdafiə nazirinə və ya "Şin-Bet"in rəhbərinə sui-qəsd həyata keçirməsi məqsədilə İranın təhlükəsizlik qüvvələri tərəfindən "işə götürülmüş" israilli şəxs aşkarlanaraq saxlanılıb".
Bu barədə İsrail polisi və ölkənin daxili təhlükəsizlik xidməti "Şin-Bet"in birgə bəyanatında bildirilir.

Məlumata görə, adı açıqlanmayan həmin vətəndaşa İran tərəfindən, eyni zamanda, bir sıra casusluq və təxribat tapşırıqları da verilib. Onun İrana qeyri-qanuni şəkildə iki dəfə gedib-gəldiyi, tapşırıqlar üzrə təlimatlar, habelə ödəniş aldığı diqqətə çatdırılır. Əvvəllər isə uzun illər Türkiyədə biznes fəaliyyəti apardığı, Türkiyə və İran vətəndaşları ilə əlaqələr qurduğu vurğulanır.

İsrail məhkəməsi ötən ay saxlanılan şübhəli şəxsə qarşı bu gün ittiham irəli sürüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   İsrail   münaqişə   sui-qəsd  





Xəbər lenti