11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib

11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib
  18 Dekabr 2024    Oxunub:280
Dəməşq Beynəlxalq Hava Limanından 11 gündən sonra ilk sərnişin təyyarəsi uçub.
AzVision.az xəbər verir ki, təyyarə Dəməşqdən ölkənin şimalındakı Hələb şəhərinə uçub.

İsrail Dəməşq Hava Limanı yaxınlığına zərbə endirib - VİDEO
Suriya paytaxtından havaya qalxan ilk təyyarədə jurnalistlər də daxil olmaqla otuz iki nəfər olub. Daha əvvəl bildirilmişdi ki, Dəməşq Beynəlxalq Aeroportu mülki aviasiya idarəsindən müvafiq icazə alanlar istisna olmaqla, dekabrın 24-dək uçuşlara xidmət göstərməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bundan sonra Bəşər Əsəd vəzifəsini və ölkəni tərk edib.

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali isə ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Suriya  





Xəbər lenti