Gerasimov: "Bakı-İrəvan münasibətləri normallaşır"

    Gerasimov:    "Bakı-İrəvan münasibətləri normallaşır"
  18 Dekabr 2024    Oxunub:266
"Qərb dövlətləri Ermənistanı öz təsir zonasına çəkməyə, Gürcüstanda vəziyyəti qeyr-sabit hala gətirməyə çalışır".
Bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün brifinqdə çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, Qərbin sözügedən cəhdlərində "Ukraynada həyata keçirilmiş ssenariyə bənzər şəkildə bu ölkələri aktiv anti-Rusiya aksiyaları ilə qarışdırmaq marağı aydın görünür".
Gerasimov: "Yaxın Şərqdə böyük müharibə riski var"

"Zaqafqaziyada vəziyyətin normallaşmasına dağıdıcı təsir regiondankənar oyunçuların, xüsusən də ABŞ və Avropa İttifaqının burada öz mövqelərini gücləndirmək, Gürcüstan və Ermənistanı öz təsir dairəsinə çəkmək niyyətindən irəli gəlir. Bu fonda Rusiya regionda konstruktiv tədbirlər görməkdədir. Moskvanın səyləri sayəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir", - Gerasimov diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Qafqaz   ABŞ   vəziyyət  





Xəbər lenti