Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb
  18 Dekabr 2024    Oxunub:287
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 507 milyon 398 min ABŞ dolları təşkil edib.
AzVision.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 672 milyon 317 min ABŞ dolları (80,5%) çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,50%-i həcmində olub.

10 ayda Azərbaycan ABŞ-yə 129 min 961 ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,8% azdır.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ABŞ-dən məhsul idxalını illik müqayisədə 67,1% artıraraq, 1 milyard 377 milyon 436 min ABŞ dollarına çatdırıb. Dövr ərzində ABŞ ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 7,34%-ni təşkil edib.

AzVision.az





Teqlər:





Xəbər lenti