Ukraynaya yardımdan ABŞ ordusu faydalanaıb

   Ukraynaya yardımdan    ABŞ ordusu    faydalanaıb
  30 Dekabr 2024    Oxunub:890
ABŞ ordusu Ukraynaya göndərilən və dəyəri artıq sıfıra yaxınlaşan köhnə silah-sursatın qiymətini şişirtmək cəhdindən sonra öz zirehli texnika ehtiyatını artırmaq üçün Ukrayna ayrılan yardımdan milyardlarla dollar xərcləyib.
hərbi texnika üzrə mütəxəssislərə və ABŞ ordusundakı vəziyyətdən məlumatlı olan mənbələrə istinadən xəbər verir ki, Ukraynaya hərbi yardım çərçivəsində ABŞ 900-dən çox “M113” zirehli maşın (ZM), 400-dən çox “Stryker” zirehli maşını, 300-dən çox “Bradley” tankı və 5 mindən çox “Humvee” hərbi maşını tədarük edib.


Lakin Pentaqonun əvvəllər dərc edilmiş hesabatlarında Kiyevə göndərilən zirehli maşınların istismar müddəti başa çatmağa yaxınlaşan köhnə modellərdən ibarət olduğu, ABŞ ordusunun isə Ukraynadan 80 dəfə baha başa gələn yeni əvəzedici maşınların alınması üçün milyardlarla dollar maliyyə vəsaiti yönəltdiyi göstərilirdi.
Müdafiə nazirinin Maddi-Texniki Təchizat üzrə müavininin oktyabr ayında açıqladığı büdcə icmalı hesabatına görə, ABŞ-nin müxtəlif hərbi bölmələri 2025-ci maliyyə ilində Ukrayna üçün təsdiqlənmiş əlavə ayırmalar Konqresindən köçürülən təxminən 2,27 milyard dollar əlavə maliyyə alıb.

Bu məbləğdən ABŞ ordusu Ukraynaya verilən köhnə M113A4 və M577A3 zirehli canlı qüvvə daşıyıcılarını əvəz etmək üçün çoxməqsədli zirehli maşınların (AMPV) alınması üçün təxminən 1 milyard dollar əlavə maliyyə vəsaiti alıb.


Pentaqonun baş müfəttişinin ABŞ-nin anbarından silahların buraxılması ilə bağlı prezidentin sərəncamları əsasında Ukraynaya göndərilən silahların qiymətləndirilməsi barədə audit hesabatında ABŞ ordusunun əvvəlcə Ukraynaya tədaqrük edilən hərbi, o cümlədən zirehli texnikanı yenidən qiymətləndirməyə necə cəhd göstərməsi təfərrüatlı şəkildə öz əksini tapıb.

İyun ayı hesabatına görə, ABŞ ordusu xidmət müddətinin sonuna yaxınlaşdığı üçün təxminən 0 dollara qədər ucuzlaşan bəzi zirehli maşınların dəyərini düzgün qiymətləndirməkdə çətinlik çəkib.

Köhnə hərbi texnikanın Ukraynaya göndərilməsi ABŞ Müdafiə nazirliyi üçün yeni maliyyə hesabatı problemi yaradıb. ABŞ Ordusu Ukraynaya göndərilən M113A3 zirehli maşınların qiymətini hesablayarkən, onların hər bir vahidinin dəyərindən xeyli baha olan AMPV maşınlarının dəyişdirilməsinin qiymətindən istifadə edib. Nəticədə Pentaqonun büdcə hesabatlarına görə, bir ədəd AMPV-nin dəyəri 5,8 milyon dollar təşkil edib ki, bu da Ukraynaya göndərilən zirehli maşınların qiymətindən təxminən 81 dəfə çoxdur.


“Atlantik Qətiyyət (Atlantic Resolve)” əməliyyatı çərçivəsində xüsusi baş müfəttişin “Ukrayna üzrə nəzarət (Ukraine Oversight)” layihəsi barədə dərc etdiyi son məlumatlara görə, Konqres 2022-ci ilin fevral ayından etibarən prezidentin səlahiyyətində olan ehtiyat limitlərini 33,3 milyard dollara qədər artırdı. Halbuki, ABŞ-nin Müdafiə nazirliyi əvvəllər Kiyevə təhvil verilmiş silah və təchizatları artırmaq üçün əlavə təhlükəsizlik maliyyəsi qismində 45,8 milyard dollar almışdı.

Ukraynaya verilən köhnə silahların qiymətlərinin şişirdilməsi ilə yanaşı, zirehli texnika da daxil olmaqla, bu silahların bir çoxu “tam döyüş qabiliyyəti” standartlarına cavab vermədiyinə görə, Ukraynaya çatdırılmazdan əvvəl tam modernləşdirməyə ehtiyac duyurdu.

2023-cü ilin may ayında Pentaqonun Ukraynaya tədarük edilən hərbi texnikanın lazımi səviyyədə saxlanmaması ilə bağlı hesabatında Küveytdə yerləşən ordu anbarından göndərilən 29 Humvee və altı M777 haubitsasının “işə yaramaması” ilə bağlı problemlər ətraflı şəkildə öz əksini tapıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   yardım  





Xəbər lenti