Paris-2024-ün medalı 4 aya bərbad vəziyyətə düşdü

Paris-2024-ün medalı 4 aya bərbad vəziyyətə düşdü
  30 Dekabr 2024    Oxunub:525
Fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar Paris-2024-də qazandıqları medalların keyfiyyətsizliyindən şikayətləniblər.
AzVision.az xəbər verir ki, sözügedən idmançılar Olimpiadanın estafet yarışlarında bürünc mükafata yiyələnmişdilər.
Onlar öz sosial şəbəkə hesablarında paylaşım edərək medalları 4 ay ərzində bərbad vəziyyətə düşdüyünü bildiriblər.

Yohann Ndoy Bruar "Paris 2024" əvəzinə "Paris 1924" yazaraq təşkilatçıları ələ salıb. Sekki isə medalları "timsah dərisi" adlandırıb.

Təşkilatçılar isə buna dərhal reaksiya verərək, idmançıya yeni medal göndərəcəklərini bildiriblər.
AzVision.az



Teqlər:





Xəbər lenti