TAC: “Tramp Zelenskinin xahişini rədd etməlidir”

 TAC: “Tramp Zelenskinin xahişini rədd etməlidir”
  30 Yanvar 2025    Oxunub:472
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskinin Amerika qoşunlarını münaqişə zonasına göndərmək barədə xahişindən qəti şəkildə imtina etməlidir.
AzVision.az xəbər verir ki, “The American Conservative (TAC)” jurnalında dərc olunan məqalədə belə deyilir.

“Trampın beynəlxalq siyasət üzrə əsas müşavirləri ilə birlikdə Zelenskinin sorğusuna cavab olaraq təkcə “yox” deyil, “yox bir!” deməsi lazımdır. İsveçrədə keçirilən Dünya İqtisadi Forumu zamanı Ukrayna prezidenti özünü elə apardı ki, sanki Amerika lideri onun tabeliyindədir. Bunu Zelenskinin Trampa bəzi tələb və şərtlər təqdim etmək cəhdləri də sübuta yetirir”, - məqalənin müəllifi yazıb.

Zelenski: “Ukraynaya 200 min sülhməramlı lazımdır”
Qeyd edək ki, yanvarın 22-də İsveçrədə rəsmi səfəri zamanı Volodimir Zelenski “Bloomberg” agentliyinə verdiyi müsahibədə Ukraynaya amerikalı sülhməramlı qüvvələrin göndərilməsi xahişi ilə ABŞ prezidenti Donald Trampa müraciət edib.

Zelenski əmin olduğunu bildirib ki, Vaşinqton belə addım atmaycağı halda “risk etmək istəməyən” Avropa ölkələri öz hərbi qüvvələrini münaqişə zonasına göndərməyəcəklər. Onun sözlərinə görə, Rusiyanın “qarşısını almaq” üçün Avropanın kifayət qədər əsgəri yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Zelenski   rədd  





Xəbər lenti