Türkiyə 40 ədəd qırıcı təyyarə almağa hazırlaşır

Türkiyə 40 ədəd qırıcı təyyarə almağa hazırlaşır
  30 Yanvar 2025    Oxunub:391
Ankara 40 ədəd dördüncü nəsil “Eurofighter Typhoon” qırıcısının tədarükü üçün Avropa istehsalçılarından qiymət təklifi gözləyir.
AzVision.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə nazirliyinin açıqladığı məlumatda müvafiq sənədlərin artıq Böyük Britaniyanın Müdafiə nazirliyinə və “Eurofighter” konsorsiumuna təqdim olunudğu və yaxın günlərdə Ankarada qiymət təklifinin alınacağının gözlənildiyi bildirilir.

“Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyacları üçün F-16 təyyarələrinin tədarükü və modernləşdirilməsi ilə bağlı müzakirələrin texniki mərhələsində də müsbət irəliləyiş var”, - nazirliyin açıqlamasında vurğulanır.

Bununla belə, Ankara beşinci nəsil “KAAN” təyyarəsi, “Hürjet” reaktiv təlimçi və yüngül döyüş təyyarəsi, “Kızıelma” pilotsuz hərbi təyyarəsi və “ANKA-3” hücum PUA layihələri də daxil olmaqla, ölkə üçün daxili müdafiə inkişaflarının prioritet olduğunu diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Britaniya   təyyarələr  





Xəbər lenti