Avstraliya Ukraynaya sülhməramlı qoşun göndərə bilər

   Avstraliya Ukraynaya sülhməramlı qoşun göndərə bilər
  04 Mart 2025    Oxunub:404
"Hazırda bu məsələyə dair müzakirələr aparılır".
Bu barədə Avstraliyanın Baş naziri Entoni Albaniz yerli mətbuata açıqlamasında məlumat verib.

"Hökumətimin nöqteyi-nəzərindən gələcək təklifləri nəzərdən keçirməyə açığıq", - o deyib.
Ukraynalı deputatdan Zelenskiyə çağırış: "Trampdan üzr istə!"

Baş nazirin bu sözləri Avstraliyanın Ukraynadakı müharibə məsələsində öz mövqeyini dəyişməsindən xəbər verir. Belə ki, ötən gün hökumət sözçüsü belə bir addımın - Ukraynaya sülhməramlı qoşunların yerləşdirilməsinin "hazırda nəzərdə tutulmadığını" söyləmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avstraliya   Ukrayna   sülhməramlılar  





Xəbər lenti