Vyetnamın Baş katibi Bakıda

   Vyetnamın Baş katibi Bakıda
  07 May 2025    Oxunub:458
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az



Teqlər:





Xəbər lenti