Britaniya İsrailə uçuşları daha bir ay təxirə salıb

   Britaniya İsrailə uçuşları daha bir ay təxirə salıb
  07 May 2025    Oxunub:510
Britaniyanın dövlət hava yolları şirkəti "British Airways" İsrail ilə Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması arasında artan gərginliyə görə Tel-Əviv şəhərinə uçuşları iyunun 14-dək yenidən təxirə salıb.
Bu barədə şirkət bəyanat yayıb. Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinin Yəməndə yerləşən Səna Beynəlxalq Hava Limanını bombalamasına cavabən husilərin də İsraildəki Ben-Qurion Hava Limanını raket hücumu həyata keçirmələri riski mövcuddur.

"Regiondakı vəziyyəti mütəmadi izləyirik. 14 iyun tarixinədək Təl-Əvivə və əksinə uçuşlarımızı dayandırmaq qərarına gəldik. Müştərilərimizin və ekipajımızın təhlükəsizliyi daima prioritetimizdir", - bəyanatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   İsrail   uçuş   təxir  





Xəbər lenti