Putin Ukrayna müharibəsinin səbəbini açıqlayıb

   Putin Ukrayna müharibəsinin səbəbini açıqlayıb
  07 May 2025    Oxunub:499
Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə olmasının 25-ci ildönümünə həsr edilmiş sənədli filmdə Rumıniya və Bolqarıstanda Amerikanın NATO hərbi bazalarının yerləşməsinin Ukraynadakı müharibənin səbəbi kimi göstərib.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin sözlərinə görə, bu ölkələrdə “ABŞ-nin yüngül ön xətt bazalarının” yaradılması gərginliyin artmasına səbəb olub. Putin vurğulayıb ki, Rusiyanın narahatlığına cavab verilməməsi Ukraynadakı hazırkı hadisələrə gətirib çıxarıb.

Rumıniyanın Xarici İşlər nazirliyi öz təmsilçisi Andrey Tsarneanın vasitəsilə bildirib ki, ölkənin NATO-ya daxil olması digər dövlətlərin təhlükəsizliyini təhdid etməyən suveren qərardır.

“Avropada təhlükəsizliyi təhdid edən yeganə ölkə Ukraynada qanunsuz müharibə aparan Rusiyadır”, - rumıniyalı diplomat vurğulayıb.

Qeyd edək ki, rəsmi Buxarestin Putinin bəyanatına reaksiyası ölkədə yaşanan siyasi dəyişikliklər fonunda baş verir. Konstitusiya Məhkəməsi müdaxilə səbəbindən 2024-cü il prezident seçkilərinin nəticələrini ləğv etdikdən sonra bir neçə gün əvəvl keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı namizəd Corc Simion qalib gəlib. Qalibi müəyyənləşdirəcək ikinci tur isə mayın 18-də olmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Ukrayna   müharibə  





Xəbər lenti