ABŞ Yəməndə miqrant mərkəzini vurub: 68 nəfər ölüb

   ABŞ Yəməndə miqrant mərkəzini vurub:    68 nəfər ölüb
  28 Aprel 2025    Oxunub:450
ABŞ Yəmənin şimal-qərbindəki Saada şəhərində afrikalı miqrantların saxlanma mərkəzinə zərbə endirib.
"Al Masirah" telekanalının yaydığı məlumata görə, zərbə nəticəsində ölənlərin sayı 68-ə çatıb, 47 nəfər yaralanıb.

Bundan əvvəl telekanal 35 ölünün və 50 yaralının olduğunu açıqlamışdı. Nəşr bəyan edib ki, həkimlər yaralıların əksəriyyətinin vəziyyətini ağır qiymətləndirir.

Telekanalın məlumatına görə, qanlı əməliyyat zamanı mərkəzdə 115 miqrant olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti