Sallivan Tramp-Zelenski görüşünü "ümid işığı" adlandırdı

   Sallivan Tramp-Zelenski görüşünü "ümid işığı" adlandırdı
  28 Aprel 2025    Oxunub:505
ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin müşaviri işləmiş Ceyk Sallivan diqqət çəkən fikirlər səsləndirib.
"ABC News"un yaydığı məlumata görə, o, ABŞ dövlət başçısı Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə Romada keçirdiyi görüşü “ilk ümid işığı” adlandırıb.

Tramp Makronu qovub? | VİDEO
“Nə deyək, bu görüş mənə uzun müddət sonra ilk ümid işığını göstərdi. Çünki mən prezident Trampın Vladimir Putinin Rusiyanın qeyri-qanuni olaraq ilhaq etdiyi Krımı tanımasını da görmüşdüm”, - Sallivan qeyd edib.

O, məsləhətlərini də verib. Siyasətçi təəssüflə bildirib ki, hətta Çin belə Krımı Rusiyanın bir hissəsi kimi tanımadığı halda prezident Tramp ruslara bunu edəcəyini deyir. Keçmiş müşavir həmçinin xatırladıb ki, ABŞ prezidenti Rusiya lideri Vladimir Putinə Ukraynanın NATO-ya üzv olmayacağına dair vəd verib. Bu da azmış kimi Ağ Ev rəhbəri Rusiyanın işğalçılıq müharibəsinə başlayandan bəri nəzarət altına aldığı bütün əraziləri özündə saxlayacağına razılaşır.

Xatırladaq ki, aprelin 26-da Vatikanda keçirilən Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna və ABŞ prezidentləri arasında qısa danışıqlar aparılıb. Bu, fevral ayında Ağ Evdə baş verən qalmaqallı görüşdən sonra tərəflərin ilk üzbəüz görüşü idi.
Üstəlik, görüş Trampın komandasının danışıqlar prosesindən uzaqlaşa biləcəklərini bəyan etməsindən və Londondakı məsləhətləşmələrin pozulmasından sonra baş tutub. Xarici KİV-in məlumatına görə, Amerika tərəfi Ukraynanın ərazi güzəştlərinə getmək istəməməsindən qəzəblənib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Zelenski   Rusiya  





Xəbər lenti