![]() |
Ukrayna Kurskda 74450-dək hərbçi itirib |
Putin aprelin 26-da Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsi münasibətilə rus hərbçilərini təbrik etmişdi. O, hərbçilərə göstərdikləri qəhrəmanlığa görə təşəkkür edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə ilk dəfə olaraq KXDR hərbçilərinin döyüşlərdə iştirakını təsdiqlədi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az