Problemli kreditlərin məbləği 2 %-dən çox artıb

   Problemli kreditlərin məbləği 2 %-dən çox artıb
  28 Aprel 2025    Oxunub:472
Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481,6 milyon manat təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2 %, son 1 ildə isə 2,3 % artıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il martın sonuna isə 1,9 % olub.

AzVision.az


Teqlər:





Xəbər lenti