KİV - Rusiya Ukraynada yeni hücum üçün qüvvə toplayır

Amerikalı rəsmilər jurnalistlərə bildiriblər ki, Ukrayna və Rusiya nümayəndələri Türkiyədə mümkün görüşə hazırlaşdıqları bir vaxtda, Rusiya cəbhə bölgələrində hərbi qüvvələrini artırır. Bu hazırlıqlar, onların fikrincə, yeni ərazilərin işğalına yönəlmiş hücum planlarının göstəricisidir.
CNN-ə danışan mənbə qeyd edib: “Putin Kiyev ətraflarınadək istənilən ərazini ələ keçirməyə çalışacaq. Ruslar əldə edə biləcəkləri hər şeyi almaq üçün bütün səylərini səfərbər edəcəklər”.
Rəsmilər bu cür hərbi hazırlığın, eyni zamanda sülh danışıqlarına dair çağırışlarla paralel aparılmasının Moskvanın səmimiyyətinə dair ciddi suallar yaratdığını bildirirlər.
AzVision.az
Teqlər: