Muzdlu işçilər nə qədər maaş alır?

Muzdlu işçilər nə qədər maaş alır?
  10 Sentyabr 2014    Oxunub:3278
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,3 min nəfər olub. Onlardan 894,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 616,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 5 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti