Əhalinin gəlirləri artdı

Əhalinin gəlirləri artdı
  11 Sentyabr 2014    Oxunub:1474
Bu ilin yanvar-avqust aylarında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24 milyard manata çatıb və onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edib ki, bu da əvvəlki ildəkinə nisbətən 5,6 faiz çoxdur.


Teqlər:





Xəbər lenti