Bakıda ilk dərs günü: tıxac və basabas

Bakıda ilk dərs günü: tıxac və basabas
  15 Sentyabr 2014    Oxunub:8324
Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda uzun avtomobil tıxacları yaranıb.

AzVision.az-ın məlumatına görə, buna səbəb yeni tədris ilinin başlanmasıdır. Hazırda Sumqayıtdan Bakı istiqamətində, Avtovağzaldan “20 Yanvar” metrostansiyasınadək yolda tıxac müşahidə olunur. Mərkəzi yollarda da vəziyyət o qədər ürəkaçan deyil.

Onminlərlə tələbə və şagird, işə tələsən paytaxt sakinləri, məktəb müəllimlərinin eyni saatda evindən çıxıb şəhərə üz tutması nəqliyyatda ciddi gərginlik yaradıb. Marşrut avtobuslar isə bu qədər sərnişini eyni vaxtda daşımağa hazır olmadığından insanların bir qismi uzun müddət dayanacaqlarda gözləməli olub.

Avtobus dayanacaqlarında və metro stansiyalarında da vəziyyət gərgindir. Xüsusən də metronun “20 Yanvar” stansiyasında girişdən başlayaraq platformayadək basabas yaranıb.

Baxmayaraq ki, milk dərs günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçib, basabas və sıxlığın qarşısını almaq mümkün deyil.

Paytaxt polisi də tıxacların qarşısı almaq üçün səfəbər edilib.

A.RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti