Prezidenti devirən liderə ömürlük cəza

Prezidenti devirən liderə ömürlük cəza
  16 Sentyabr 2014    Oxunub:1736
Misirin Qahirə şəhərində keçirilən məhkəmə prosesində `Müsəlman Qardaşları` təşkilatının liderinə hökm oxunub.
AzVision.az xəbər verir ki, Məhəmməd Badi və təşkilatın rəhbər vəzifəsində olan 14 nəfər ömürlük həbs cəzası verilib.

Onlar 2013-cü ilin iyununda Misir prezidenti Məhəmməd Mursi devriləndən sonra `Müsəlman Qardaşları` təşkilatı tərəfdarlarını təcavüzə sövq etməkdə təqsirli bilinir.

71 yaşlı Məhəmməd Badi bundan öncə iki məhkəmə prosesində edam və ömürlük həbs cəzalarına məhkum edilmişdi. Ötən günkü məhkəmə qərarı ilə artıq iki dəfə ömürlük həbs cəzası aldı.

Qeyd edək ki, Mursi devriləndən sonra başlayan qarşıdurmalarda `Müsəlman Qardaşları`nın `1400 üzvü həlak olub, 15 mindən çox nəfər isə həbs olunub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti