Somaya yardım edən azərbaycanlılar mükafatlandırılıb

Somaya yardım edən azərbaycanlılar mükafatlandırılıb
  30 Sentyabr 2014    Oxunub:1463
Bu ilin mayında Türkiyənin Soma şəhərindəki kömür mədənində baş vermiş faciənin qurbanlarına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən yardım kampaniyasında fəal iştirak edənlər mükafatlandırılıblar.
AzVision.az xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyində bununla bağlı keçirilən tədbirdə Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov çıxış edərək Soma fəlakətinin bütün türk dünyasının faciəsi olduğunu bildirib. Azərbaycanın Somaya ilk yardım göndərən ölkələrdən biri olduğunu qeyd edən N.Aslanov yardım kompaniyasını həyata keçirən zaman Cəmiyyətə dəstək verən Milli Məclisin deputatlarına, ictimaiyyət və incəsənət nümayəndələrinə, media təmsilçilərinə minnətdarlığını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu, bundan sonra da bu tarixi ənənənin davam etdiriləcəyini söyləyib. Səfir göstərilən dəstəyə və qardaş köməyinə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.
Mükafatlandırılanlar arasında Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri, jurnalistlər, iş adamları olub.


Teqlər:





Xəbər lenti