İsmayıllıdakı qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

İsmayıllıdakı qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
  04 Oktyabr 2014    Oxunub:2069
İsmayıllı rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində ölənlərin və xəsarət alanların adları məlum olub.
99-CJ-822 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun İsmayıllı rayonu ərazisində yoldan çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Pünhanə Mürşüdova və 1990-cı il təvəllüdlü Elşən Rəşidov aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Mikroavtobusun sürücüsü, 1984-cü il təvəllüdlü Vüsal Manafov, eləcə də sərnişinlər -1968-ci il təvəllüdlü Sahil Nurməmmədov, 1971-ci il təvəllüdlü Fəridə Məhərrəmova, 1964-cü il təvəllüdlü Məhayət Musayeva, 1969-cu il təvəllüdlü Fərrux Səlimov, 1989-cu il təvəllüdlü Azər Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix 04.10.14, 9:11

İsmayıllıda avtobus dərəyə aşdı - 2 ölü, 7 yaralı

İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobus idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:25-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti