Litvanın nazirləri Azərbaycana səfər edəcək

Litvanın nazirləri Azərbaycana səfər edəcək
  04 Oktyabr 2014    Oxunub:1403
Litvanın xarici işlər, müdafiə və nəqliyyat nazirləri Azərbaycana səfər edəcək
Oktyabr ayında Litvadan Azərbaycana bir sıra rəsmi səfərlər həyata keçiriləcək.Bu barədə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Diplomat bildirib ki, oktyabrın 8-10-da Litva müdafiə naziri İozas Olekas Azərbaycanda səfərdə olacaq. Oktyabrın 15-16-da nəqliyyat naziri Rimantis Sinkyaviçus Azərbaycana gələcək. Oktyabrın 21-də isə Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfər edəcək.

Səfir vurğulayıb ki, intensiv həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin yüksək səviyyəsində olduğunu göstərir.(apa)


Teqlər:





Xəbər lenti