Nazirlik 1,5 milyonluq cərimə kəsdi
Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 41,1 %-i, yəni 1 411 600 manatı dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur.
DƏMX tərəfindən bu istiqamətdə aparılan işlər iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, vətəndaşların əmək hüquqlarının təmin edilməsi ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına yönəlib.
Teqlər: