Azərbaycanda yağış yağacaq

Azərbaycanda yağış yağacaq
  11 Oktyabr 2014    Oxunub:2797
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin səhər bəzi yerlərdə hava çiskinli olacaq. Mülayim cənub küləyi ilə əsəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 19-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə gecə və səhər duman olacaq, şərq rayonlarında çiskinli yağış yağacaq. Mülayim şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti