Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  15 Oktyabr 2014    Oxunub:2249
Dövlət Statistika Komitəsi 2014-cü ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri barədə məlumat yayıb.

Komitədən AzVision.az-a verilən məlumata görə, 2014-cü ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 27,2 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4,0 faiz artıb.

Əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,1 faizi son istehlak xərclərinə, 11,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,1 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,9 faiz çox vəsait qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti