Oktyabrın 24-də Günəş tutulacaq

Oktyabrın 24-də Günəş tutulacaq
  15 Oktyabr 2014    Oxunub:1743
Oktyabrın 24-də bu ilin sonuncu Günəş tutulması baş verəcək.
AzVision.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, Günəş tutulması bu il üçün 2-ci tutulma olacaq.

Onun sözlərinə görə, oktyabrın 24-də Bakı vaxtı ilə saat 00:40-da başlayacaq ikinci Günəş tutulması saat 04:52-də başa çatacaq. Tutulmanın davam etmə müddəti 4 saat 12 dəqiqədir. Gecə saat 02-46-da tutulmanın maksimumu olacaq. Bu tutulma hadisəsi Şimali Amerika və Rusiyanın Alyaskaya yaxın hissəsində müşahidə ediləcək. Günəş tutulması gecə baş verdiyindən, Azərbaycanda görmək mümkün olmayacaq.

X.Mikayılov qeyd edib ki, əvvəldən bu il ərzində iki Günəş, iki Ay tutulması hadisəsi baş verməsi gözlənilirdi. Artıq bir Günəş, iki Ay tutulması hadisələri baş verib. Belə ki, ilk Ay tutulması aprelin 15-də, ikinci Ay tutulması oktyabrın 8-də, ilk Günəş tutulması isə aprelin 29-da qeydə alınıb. Bu il üçün sonuncu olan ikinvi Günəş tutulması isə oktyabrın 24-də baş verəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti