11 yaşlı uşaq kanalda boğuldu

11 yaşlı uşaq kanalda boğuldu
  15 Oktyabr 2014    Oxunub:1841
Siyəzəndə 11 yaşlı uşaq Samur-Abşeron kanalında boğulub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batmış 2003-cü il təvəllüdlü Elvin Famil oğlu Zahidovun cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti