Deputatlarımız Səudiyyə Ərəbistanına gedir

Deputatlarımız Səudiyyə Ərəbistanına gedir
  10 Aprel 2015    Oxunub:1798
Millət vəkilləri Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə aprelin 11-dən 17-dək Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, Ər-Riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılacaqdır.


Teqlər:  





Xəbər lenti