Avtobuslarda gediş haqqı qalxır?
O bildirib ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir və ona görə də bütün avtobuslarda eyni qiymət tədbiq edilir: “Bu avtobuslar çox müasir və yenidir. Avropada belə bu cür avtobuslar azlıq təşkil edir. Vətəndaşlardan xahiş edirik ki, bu avtobuslara çox diqqətli yanaşsınlar və qorumağa çalışsınlar”.
Musa Pənahov həmçinin deyib ki, ilk Avropa Oyunları zamanı bir-birini təkrarlayan marşrut avtobusları metro stansiyalarının girişlərində öz hərəkətlərini dayandıracaq və əks istiqamətdə hərəkət edəcəklər: ”Vətəndaşlarımız isə daha çox yeni avtobuslardan, metrodan və şəhərin mərkəzinə gedən xüsusi avtobuslardan istifadə edəcəklər”.
Qeyd edək ki, mətbuatda “Baku Bus” MMC-yə məxsus avtobusların saxlanma xərcləri yüksək olduğu üçün qiymətlərin artacağı barədə məlumat yayılmışdı.
AzVision.az