Transxəzər layihəsi kağız üzərində qala bilər

Transxəzər layihəsi kağız üzərində qala bilər
  13 May 2015    Oxunub:1861
“Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarına çıxarılmasını nəzərdə tutan Transxəzər layihəsinin reallaşacağı tarix hələ dəqiq bilinmir”.
Azərbaycanın energetika naziri Natiq Əliyev Transxəzər layihəsi ilə bağlı dördtərəfli görüş keçirildiyini və müəyyən razılığın əldə olunduğunu deyib:

“Avropa İttifaqı, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə dördtərəfli görüş keçirilib, bundan əvvəlki görüşlər üçtərəfli olmuşdur. Bu dəfə isə Türkiyə də danışıqlara qoşulub, amma Transxəzər layihəsi ilə bağlı konkret razılıq əldə olunmayıb. Biz qərara gəldik ki, hər dörd tərəfin iştirakı ilə bir komissiya yaradaq. Gələcəkdə bu komissiyaya Ədliyyə və digər nazirliklərin nümayəndələrinin də daxil olma ehtimalı var".

Nazir fikrinə bu ifadələri də əlavə edib: "Avropa İttifaqı təklif edib ki, Transxəzər layihəsi ilə bağlı konsorsium yaradılsın. Türkmənistan hazırda 30 mlrd. kubmetr qazını Avropaya satmağa hazır olduğunu açıqlasa da, bunun nə vaxt və necə reallaşacağı dəqiq deyil. Həmçinin Transxəzər layihəsinin nə vaxt reallaşacağı və kim tərəfindən maliyyələşdiriləcəyi məlum deyil”.

Ötən ilin yekunlarına dair fikirlərini söyləyən nazir bildirib ki, hazırda neft hasilatı stabilləşir: “Sözsüz ki, enerji sahəsində inkişaf digər sahələrdə olduğu kimi iqtisadi sahədə də danışıb. Enerji sahəsi bu gün ölkə iqtisadiyyatının özəyini təşkil edir. Azərbaycanın təkcə ötən il Azərbaycandan 42 milyon ton neft hasil edilib.

Bunun təqribən 34 milyon tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yatağından hasil edilib. Respublikamızda 29,6 milyard kub metr qaz hasil edilib. Bununda əksər hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz yatağının payına düşür”.

AzVision.az


Teqlər:





Xəbər lenti