Bakıda daha bir `sevgi cinayəti` - VİDEO
Saxlanılan Elnur Hümbətov qanlı faciənin bəzi detallarını açıqlayıb. Elnur öz ifadəsində İlahə ilə "Odnoklassniki" sosial şəbəkəsində tanış olduğunu bildirib. Onların münasibətləri virtual aləmdən real həyata keçib. Görüş zamanı Elnur öyrənib ki, İlahə ona qədər başqa oğlanlarla da görüşüb. Ancaq bundan sonra yalnız onunla görüşəcəyinə söz verib.
Elnur İlahəyə iki ədəd mobil telefon alıb, gündəlik xərclərini ödəyib. Günlərin birində İlahə iş tapdığını söyləyib. İşin detalları ilə bağlı bir nəfərlə görüşməli olduğunu bildirib. Görüş günü Elnur qıza zəng edəndə o, 1-2 saata boşalacağını və özü əlaqə saxlayacağını deyib. Bu müddət ərzində Elnur bir neçə dəfə zəng vursa da, İlahə zənglərə cavab verməyib. Bu vaxt Elnur İlahəyə sms yazaraq evlərinə gəldiyini qeyd edib. İlahə isə cavabında boşalan kimi zəng vuracağını deyib.
Bu yazışmadan sonra Elnur İlahəgilin həyətinə gələrək qızı gözləyib. Qız həyətə görüşdüyü kişinin maşını ilə gəlib. Elnur ona yaxınlaşıb və birlikdə mənzilə qalxıblar. İlahə deyib ki, tapdığı iş restorandadır. 15 gün restoranda işləyəcək, qalan 15 günü isə iş sahibinin evində qalacaq. Bu şərtləri eşidən Elnur qızla mübahisəyə başlayıb. O, bıçaq götürərək qızı vurub. Sonra onu bu vəziyyətdə qoyaraq evdən çıxıb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, qətli törədərkən affekt halında olub. Onun qətl törətmək niyyəti olmayıb.
Hazırda Elnur barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. (Region TV)
Teqlər: