Üç aya 17 min nikah

Üç aya 17 min nikah
  16 May 2015    Oxunub:1996
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 17 min nikah qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Bu il qeydə alınan boşanmaların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Bu ilin yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 3 min boşanma halı baş verib.

Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili işlər Nazirliyinin müvafıq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 545 nəfər gələn və 181 nəfər ölkədən gedən qeydə alınıb.
(Trend)


Teqlər:





Xəbər lenti