Avropa Oyunları manata necə təsir edəcək? - Ekspert rəyi
“Sözügedən oyunların Azərbaycanda keçirilməsi manata tələbin artmasına, eləcə də xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. I Avropa oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir. Beynəlxalq standartlara görə, hər bir turistin Azərbaycanda olduğu hər həftədə 1000 dollar xərclədiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə orta hesabla ölkənin valyuta bazarına 200 milyon dollar əlavə vəsait daxil olacaq”.
Ekspert qeyd edib ki, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq: “Aprelin ayının ikinci yarısından başlayaraq xarici valyutalara tələbin azaldığını nəzərə aldıqda Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləmələri hesabına qapaya bilər”.
AzVision.az