`Eurovision`da qalmaqal: iki ölkənin səsi ləğv edildi
“Hər iki ölkədə finalçılara verilmiş xallarda yalnız televiziya tamaşaçılarının rəyi əks olunub", Avropa Yayım İttifaqının bu gün dərc edilmiş məlumatında deyilir.
2009-cu ildən başlayaraq Eurovision-2015 müsabiqəsində iştirakçılara verilən xalların müəyyən edilməsində tamaçaçılarla yanaşı 5 peşəkardan ibarət münsiflər heyəti də iştirak edir.
Hər bir finalçı iştirakçıya ölkə adından verilən yekun xalda isə tamaşaçıların və münsiflər heyətinin rəyi bərabər əsasda 50%:50% qaydası ilə müəyyən olunur.
Çernoqoriya və Makedoniyadan verilmiş səslərin sayılmaması barədə qərar isveçli ifaçı Mans Zelmerlow-un müsabiqədə qələbəsinə təsir etməyəcək, çünki ikinci yeri yer tutmuş iştirakçının nəticəsindən qalibin nəticəsi 62 xal çoxdur. (BBC)
Teqlər: