Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı
  28 May 2015    Oxunub:1778
Bu gün Azərbaycanın “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,47 dollar, yaxud 3,74% ucuzlaşıb.
Bu barədə AzVision.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,64 dollar olub.
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 66,14 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Eldar Tanriverdiyev


Teqlər:  





Xəbər lenti