Əlillərə həsr olunmuş film festivalı keçiriləcək - VİDEO

Əlillərə həsr olunmuş film festivalı keçiriləcək  - VİDEO
  28 May 2015    Oxunub:1727
Son vaxtlar ölkəmizdə sosial layihələrin sayı günbəgün artmaqdadır. “Cabanqar MMC” Azərbaycanda ilk dəfə olaraq Əlilliyi və Qayğıya ehtiyacı olan insanlara həsr olunmuş "Bakı Film Festivalı - 2015" layihəsini təqdim edir.

Layihənin həyata keçirilməsində əsas məqsəd əlillərin müasir dövrdə qarşılaşdıqları problemlərin cəmiyyətin diqqətinə çatdırılması və bu problemlərin həlli yollarının tapılmasına vasitəçi olmaqdır.

Festivala təqdim olunmuş filmlər peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Sonda qaliblər və digər iştirakçılar diplom, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Festivala son iki ildə çəkilmiş maksimum 15 dəqiqəlik qısametrajlı bədii filmlər və sosial çarxlar təqdim oluna bilər.

İştirakçılar https://docs.google.com/forms/d/1shhc5TeQwPoke0ruX29Xd5tzE3qI4vVkk-ThTbTIiMg/viewform?c=0&w=1 səhifəsindən online qeydiyyatdan keçərək film və ya sosial çarxlarını göndərməlidirlər. İşlərin təqdimatı üçün son tarix 1 iyul 2015-ci ildir.




Teqlər:





Xəbər lenti