İki prospekti birləşdirən küçə təmir olunur

İki prospekti birləşdirən küçə təmir olunur
  09 İyul 2015    Oxunub:2564
Bakı şəhərində Nobel və Babək prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsi təmir olunur.
Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, uzunluğu 1 070 metr, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklər bərpa olunur, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə, küçənin 19,5 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa, N.Rəfiyev küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2 200 paqon metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti