Qənirə Paşayeva Silahlı Qüvvələrə yardım etdi

 Qənirə Paşayeva Silahlı Qüvvələrə yardım etdi
  25 İyun 2013    Oxunub:1738
Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva “İkimizin yerinə…” albomunun satışından gələcək gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı.
Sözləri mllət vəkili Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva aid olan “İkimizin yerinə…” albomunun iyulun 1-də saat 20.00-da Park Bulvarda (Əli və Nino kitab mağazaları şəbəkəsində) imzalanma mərasimi olacaq.

Qənirə Paşayeva və Tünzalə Ağayeva albomun dinləyicilərin xoşuna gələcəyinə ümid edirlər… “İkimizin Yerinə” albomunda yer alan əsərlərin böyük bir hissəsi Tünzalə Ağayevanın ifasındadır. Albomun adı verilən mahnı isə sənətçi Elnur Məmmədov ifa edib . Bu albom Qənirə Paşayevaya və Tünzalə Ağayevanın üzün illərə söykənən dostluq və işbirliyinin nəticəsi olaraq ortaya çıxıb və mahnıların bir çoxu artıq neçə illərdir Tünzalə xanımın ifasında tamaşaçılar tərəfindən sevilməkdə davam edir.

“ İkimizin yerinə…” albomunun onların hər ikisi üçün çox əziz olduğunu deyən Qənirə Paşayeva və Tünzalə Ağayeva dinləyicilər bu albomda bir çox şeylər tapacaqlar, deyirlər. Onlar bu albomun xeyirxah bir missiyaya xidmət edəcəyindən isə xüsusilə məmundurlar. Silahlı Qüvvələrimizə Yardım Fonduna gücümüz daxilində dəstək olmaq hamımızın borcumuzdur. Biz də uzun illər zəhmətimizin və əməyimizin məhsulunu onlara hədiyyə etdik və bundan çox məmunuq. İnşallah yaxın zamanlarda bu cür təqdimat mərasimlərini işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda, Xankəndində, Şuşada, bütün o gözəl bölgələrimizdə qeyd edək. Bu hamı kimi bizim də ən böyük arzumuzdur.”

İmzalanma mərasiminə arzu edən hər kəs dəvətlidir.

Azvision.az


Teqlər:





Xəbər lenti