Bakıda fəhlə kranın altında qaldı

Bakıda fəhlə kranın altında qaldı
  25 İyun 2013    Oxunub:1733
Bakının Nəsimi rayonunda fəhlə kranın altında qalaraq dünyasını dəyişib.
Nəsimi rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə dünən saat 18.00 radələrində baş verib.

Belə ki, "Stil Ş" MMC tərəfindən inşa olunan ofis və xidmət binasının tikintisində aparılan yükləmə-boşaltma işləri zamanı qaldırıcı kranın ilməyi qırılaraq 61 yaşlı fəhlə Adıgözəlov İlham Bəybala oğlunun üzərinə düşüb.

A.İlham kliniki tibbi mərkəzə yerləşdirilib və təcili tibbi yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətlərdən saat 2.00 radələrində xəstəxanada ölüb.

Mirvari


Teqlər:  





Xəbər lenti