“Azərbaycanda yeniyetmələr arasında narkomaniya artıb”

“Azərbaycanda yeniyetmələr arasında narkomaniya artıb”
  25 İyun 2013    Oxunub:5757
Azərbaycan Respublikasının Səhiyyə Nazirlyinin rəsmi statistik məlumatına görə, bu gün ölkə üzrə narkotik istifadəçilərinin sayı 27910 nəfər təşkil edir ki, (2011-ci ildə bu rəqəm 26717 nəfər olub) onların da 21999-u dispanser, 5911 nəfəri isə profilaktik qeydiyyatda olanlardır.

AzVision.az xəbər verir ki, bunu Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin (NCMTO) rəhbəri Məzahir Əfəndiyev bu gün Bakıda "Narkotiklətə Qarşı Təbliğat" İctimai Birliyi və Gənclər və İdman Nazirliyi tərəfindən "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda deyib. Konfransda Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi tərəfindən hazırlanmış Azərbaycanda 2012-ci il üçün narkotiklərə dair illik hesabat və bu sahədə görülmüş işlərə dair məlumat verilib.

Narkotiklərə və Cinayətkarlıa Qarşı Milli Təbliğat Ofisinin (NCMTO) rəhbəri Məzahir Əfəndiyev bildirib ki, BMT-nin hesablamalarına görə dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə etməkdədir. Onun sözlərinə görə, bu dünya əhalisinin təxminən 4.8%-i deməkdir.

“Onların 26 milyonu narkotiklərdən gündəlik istifadə edən xəstə şəxslərdir. Marixuana kimi nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onların sayı 165 milyondan atıqdır. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, son dövrlər heroin, opium və tiryəkdən istifadə dənlərin sayı daha çox artmaqdadır. Ötən ilin sonlarınadək dünya üzrə əkin sahələri artaraq 238 min (2009-cu ildə bu rəqəm 234 min hektar olub) hektara çatıb”.

Milli Təbliğat Ofisinin rəhbəri qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da problem mövcuddur və ölkəmiz artıq 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət, aparıcı dünya dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məqsədyönlü işlər həyata keçirməkdədir.

“Bu gün Azərbaycan hökuməti, xüsusən Hüquq-Mühafizə Orqanları tərəfindən bu sahədə çox ciddi nəticələr əldə olunub və qeyri-qanuni dövriyyədən tonlarla narkotik maddələr (2012-ci ildə bu rəqəm təxminən 1 ton 371 kq olub) çıxarılaraq məhv edilib. Ölkəmizin geosiyasi baxımdan mürəkkəb bir məkanda-narkotiklərin Şərqdən-Qərbə daşındığı tranzit ölkələrinin mərkəzində yerləşməsi daha düzgün və hərtərəfli siyasətin həyata keçirilməsini labüd sayır”.

M.Əfəndiyev təəssüflə bildirib ki, son vaxtlar ölkədə narkotiklərdən istifadəyə meyllilik artıb və bu özünü gənclər və yeniyetmələr arasında daha qabarıq göstərir.

“Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatına görə bu gün ölkə üzrə narkoistifadəçilərin sayı 27 910 nəfər təşkil edir ki, (2011-ci ildə bu rəqəm 26 717 nəfər olub) onların da 21 999-u dispanser, 5911 nəfəri isə profilatik qeydiyyatda olanlardı. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir. Rəsmi statistika son 5 ildə, narkotiklərdən istifadədə yaş senzini 30-dan 17-yə düşdüyünü göstərir. Aparılan araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-5 yaşlı yeniyetmələrin də narkotikdən istifadə hallarına rast gəlinir. Şübhəsiz ki, bütün bu məlumatlar həyəcan doğurmaya bilməz. Bu gün narkomanlıqla mübarizədə hökumətin gördüyü işlərlə yanaşı, cəmiyyətin bütün təbəqələri, hər bir vətəndaş, o cümlədən gənclər təşkilatları və QHT-lər da çox böyük fəallıq göstərməlidir”.

M.Əfəndiyev vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələr kultivasiya edilir.

“Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonlarda narkotrafikin genişlənməsi narahatlıq doğurur.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti